AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
12 oktyabr 2026, 19:18 · Mənbə: Report.az

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, federasiyanın prezidenti vəzifəsinə AAYDA-nın sədri Vüsal Nəsirli, vitse-prezident vəzifələrinə isə agentliyin sədr müavini Tural Mailov və Əməkdar məşqçi, tanınmış boks mütəxəssisi İlkin Ağayev seçiliblər.
Yeni rəhbərliyin əsas məqsədi son illərdə fəaliyyəti məhdudlaşmış federasiyanın işini bərpa etmək, Azərbaycanda peşəkar boksun inkişafına yeni təkan vermək və ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməkdir.
Bu məqsədlə federasiyanın qısa, orta və uzunmüddətli inkişaf strategiyasının hazırlanması, təşkilati strukturunun təkmilləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
Oxşar xəbərlər

Dünya
Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Report.az · 19 oktyabr 2026, 05:47

Dünya
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Report.az · 19 oktyabr 2026, 05:17

Dünya
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Report.az · 19 oktyabr 2026, 04:47
