TəciliPHP internet saytlarının dayanmasına səbəb oldu

TopXəbər

Zelenski: Ukrayna, ABŞ və Rusiya arasında danışıqlara hazırlıq gedir

22 oktyabr 2026, 01:47 · Mənbə: Report.az

Zelenski: Ukrayna, ABŞ və Rusiya arasında danışıqlara hazırlıq gedir

Ukrayna ABŞ-dən Rusiyanın münaqişənin sülh nizamlanmasını müzakirə etmək üçün Vaşinqton və Kiyev nümayəndələri ilə texniki səviyyədə üçtərəfli görüş keçirməyə hazır olması barədə məlumat alıb.

Yeniliklərdən dərhal xəbərdar olun!

Ukrayna ABŞ-dən Rusiyanın münaqişənin sülh nizamlanmasını müzakirə etmək üçün Vaşinqton və Kiyev nümayəndələri ilə texniki səviyyədə üçtərəfli görüş keçirməyə hazır olması barədə məlumat alıb.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində bildirib.

"Amerika tərəfi bunu mümkün qədər tez etməyi təklif edir, biz bu təşəbbüsü dəstəkləyirik. Bu görüşün yekun tarixlərini bilmirəm. Gündəlik - müharibəyə son qoymaq, sülhü yaxınlaşdırmaq və liderlər səviyyəsində görüş üçün hər şeyi hazırlamaqdır", - o deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna danışıqçıları Rusiya-Ukrayna münaqişəsinin başa çatmasını yaxınlaşdırmaq üçün ABŞ və Rusiya nümayəndələri ilə məsləhətləşmələr aparmaq niyyətindədirlər. Üçtərəfli görüşün ən geci noyabrın əvvəlinə qədər keçiriləcəyi gözlənilir.

"Biz həm atəşkəs, həm müharibənin başa çatması, həm energetika sahəsində barışıq, həm istənilən humanitar təşəbbüslər, həm də əsirlərin qaytarılması ilə bağlı təklifləri dəstəkləyəcəyik. Bütün bu danışıqların əsas təşəbbüsü və əsas müsbət siqnalı - mümkün qədər tez görüşmək və işə başlamaqdır", - Zelenski qeyd edib.

O vurğulayıb ki, sülhə nail olmaq üçün Ukrayna, ABŞ və Rusiya liderlərinin görüşünü də razılaşdırmaq lazımdır. Onun fikrincə, bu görüşdə Avropa nümayəndələri də iştirak etməlidir.

"Bu, bizim üçün vacibdir, çünki istənilən razılaşmanın gündəliyi təhlükəsizlik zəmanətlərini, müharibədən sonra dövlətimizin yenidən qurulması planını və ABŞ ilə bağlı digər məsələləri, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatmasını və Avropanın dəstəyini əhatə edəcək. Yəni, biz bütün bu məsələləri tərəfdaşlarla müzakirə etmişik", - Zelenski əlavə edib.