İtaliyada yanacağın qiymətinə görə keçirilən etirazlar ərzaq tədarükündə fasilələrə səbəb olub
22 oktyabr 2026, 01:47 · Mənbə: Report.az

İtaliyanın Daxili İşlər Nazirliyi yanacaq qiymətlərinin baha olması səbəbindən avtomobil yollarının bağlanması ilə müşayiət olunan qanunsuz etiraz aksiyalarının iştirakçıları barəsində yoxlamalara başlayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın Daxili İşlər Nazirliyi yanacaq qiymətlərinin baha olması səbəbindən avtomobil yollarının bağlanması ilə müşayiət olunan qanunsuz etiraz aksiyalarının iştirakçıları barəsində yoxlamalara başlayıb.
"Report" "Corriere della Sera" qəzetinə istinadən xəbər verir ki, yük avtomobillərinin sürücülərinin yoxlanılması əsasən ölkənin cənubundakı Kampaniya vilayətində keçirilir.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarına nəqliyyat vasitələrini toplaşdıqları yerlərdə müşayiət etmək tapşırılıb. DİN etirazçıların hərəkətlərində cinayətkar qruplaşmaların əlinin olmasını istisna etmir.
Ölkənin cənub regionlarında, o cümlədən Neapol və Siciliyada tətillər fonunda supermarketlərdə ərzaq qıtlığı müşahidə olunur. Bəzi yanacaqdoldurma məntəqələrində isə yanacaq bitib.
Neapol və Barinin hakimiyyət orqanları zibilin daşınmasında da fasilələrin yarandığını bildirirlər. Bir sıra cənub hava limanlarında, o cümlədən bu şəhərlərin aeroportlarında aviasiya kerosini çatışmazlığı yaranıb. Bundan əlavə, Neapolda ictimai nəqliyyatın fəaliyyətində mümkün fasilələrlə bağlı xəbərdarlıq edilib.
Qəzet xatırladır ki, 2008-ci ildə Neapolda zibil böhranı Romano Prodinin rəhbərlik etdiyi hökumətin istefasına səbəb olan amillərdən biri olmuşdu.
Daha əvvəl İtaliya hökuməti yanacağın bahalaşması ilə bağlı xərclərin kompensasiya edilməsi üçün 500 milyon avroyadək vəsaitin ayrılmasına zəmanət verdikdən sonra sahə birlikləri yolların blokadasını dayandırmağa çağırıb.
Buna baxmayaraq, yükdaşıyanların ayrı-ayrı qrupları, o cümlədən Siciliyadakılar tətili davam etdirmək qərarına gəliblər.
İtaliyanın Baş naziri Corcia Meloni nəqliyyat şirkətlərinə və kənd təsərrüfatı istehsalçılarına əlavə dəstək barədə dekreti qəbul etmək üçün təcili olaraq hökumətin növbədənkənar iclasını çağırıb.
Oxşar xəbərlər

Dünya
Petropavlovsk-Kamçatkadakı məktəblilər nəzərdə tutulmamış istirahət gününə çıxdı
News.ru · 22 oktyabr 2026, 02:17

Dünya
ABŞ-də 2027-ci ilin oktyabrınadək muxtar döyüş sistemləri komandanlığı yaradılacaq
Report.az · 22 oktyabr 2026, 02:17

Dünya
Vucic Avropa İttifaqının Rusiya ilə konflikt planlarını rədd edir
News.ru · 22 oktyabr 2026, 02:17
