Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub
9 noyabr 2026, 13:47 · Mənbə: Report.az

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çempion olub.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çempion olub.
Bu barədə "Report"a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanaraq Yeniyetmələrin Olimpiya çempionu adına yiyələniblər. Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Gürcüstan komandası 61 xalla ikinci, Seneqal millisi isə 58 xalla üçüncü pillədə qərarlaşıb.
Oxşar xəbərlər

Dünya
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 2 komandirinin öldürüldüyünü bildirib
Report.az · 18 noyabr 2026, 20:17

Dünya
Krozetto: İtaliya hibrid təhlükə ilə mübarizəyə 6 milyard avrodan çox vəsait yönəldəcək
Report.az · 18 noyabr 2026, 19:47

Dünya
Paşinyan yeni Konstitusiya üzrə referendumda vətəndaşların dəstəyini gözləyir
Report.az · 18 noyabr 2026, 19:18
