CHP-nin qurultay işi üzrə məhkəmə qərarı açıqlanıb
18 noyabr 2026, 19:18 · Mənbə: Report.az

Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Növbəti Qurultayında qanun pozuntularına yol verildiyi iddiası ilə açılan məhkəmə işi üzrə hökm elan olunub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Növbəti Qurultayında qanun pozuntularına yol verildiyi iddiası ilə açılan məhkəmə işi üzrə hökm elan olunub.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun da olduğu 9 nəfər "Seçki Qanununu pozma" cinayətinə görə hər biri 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Əkrəm İmamoğlu, Rıza Akpolat, Özgür Çelik, Nihat Yeşiltaş, Baki Aydöner, Erkan Aydın, Mehmet Kılınçarslan, Metin Güzelkaya və Serhat Can Eşin həbs olunub.
Məhkəmə, həmçinin Cemil Tuqay, Hüseyin Yaşar və Özgen Nama barəsində bəraət hökmü çıxarıb.
Əkrəm İmamoğluna Türkiyə Cinayət Məcəlləsinin 53-cü maddəsinə əsasən siyasi qadağa cəzası da verilib. Lakin siyasi qadağa ilə bağlı qərar apellyasiya məhkəməsi və Ali Məhkəmənin qərarından sonra yekunlaşacaq.
Oxşar xəbərlər

Dünya
Meksikada kartel liderinin həbsi zamanı dörd hərbçi həlak olub
Report.az · 22 noyabr 2026, 01:47

Dünya
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib
Report.az · 22 noyabr 2026, 01:18

