WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
30 oktyabr 2026, 04:47 · Mənbə: Report.az

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bredli Kuper Birləşmiş Ştatlar Prezidenti Donald Trampa İrana mümkün zərbələr üçün seçimlər barədə məruzə təqdim edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bredli Kuper Birləşmiş Ştatlar Prezidenti Donald Trampa İrana mümkün zərbələr üçün seçimlər barədə məruzə təqdim edib.
"Report"un "The Wall Street Journal"a (WSJ) istinadən verdiyi məlumata görə, görüş cümə axşamı Ağ Evdə baş tutub.
Nəşrin məlumatına görə, müzakirələrdə ABŞ-nin hərbi naziri Pit Heqset və Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də iştirak edib.
Qəzet qeyd edir ki, Kuper nadir hallarda Trampa hərbi planlar barədə şəxsən məlumat verir. WSJ-nin qiymətləndirməsinə görə, görüş Vaşinqtonun İrana qarşı genişmiqyaslı hərbi əməliyyat başlatmağı getdikcə daha ciddi şəkildə düşündüyünü göstərə bilər.
Oxşar xəbərlər


Dünya
Tramp: İran son bir həftədə əvvəlki dövrlərlə müqayisədə daha çox raket və dron buraxıb
Report.az · 23 noyabr 2026, 03:17

Dünya
Tramp demokratları ABŞ fond bazarının 6 trilyon dollar itirməsində günahlandırıb
Report.az · 23 noyabr 2026, 02:17

Dünya
İtaliyanın keçmiş polis rəisi mafia ilə bağlı istintaq fonunda intihar edib
Report.az · 23 noyabr 2026, 01:47