TəciliRusiya Slavyanskı bomba ilə vurub, evlər dağılıb, yaralılar var

TopXəbər

WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır

24 oktyabr 2026, 22:16 · Mənbə: Report.az

WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır

Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır.

Yeniliklərdən dərhal xəbərdar olun!

Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır.

"Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsində olub, uçuş əməliyyatları və döyüş sursatı ehtiyatlarının doldurulmasını izləyiblər.

Gəmilərə yerüstü hədəflərə zərbə endirmək üçün qanadlı raketlər və bunker əleyhinə aviabombalar da daxil olmaqla, böyük bir silah partiyası çatdırılıb.

Hərbi planlaşdırma ilə tanış olan amerikalı rəsmilərin məlumatına görə, Vaşinqton yaxın həftələrdə İrana yeni zərbələr raundu imkanını nəzərdən keçirir. Silah tədarükü ilə bağlı müvafiq qərarın qəbul ediləcəyi təqdirdə, ABŞ hərbi imkanlarını genişləndirə bilər.

Bunker əleyhinə aviabombalar möhkəmləndirilmiş və dərində yerləşən hədəfləri vurmaq üçün nəzərdə tutulub. Onların təyyarədaşıyan gəmiyə çatdırılması daha genişmiqyaslı əməliyyatlara hazırlıqdan xəbər verə bilər, lakin bu, yeni zərbələr barədə qərarın artıq verildiyi anlamına gəlmir.

Pentaqondan bildiriblər ki, qurumun vəzifəsi hərbi fəaliyyət variantlarını hazırlamaq və prezidentə təqdim etməkdir.

Dünya

Fransada iğtişaşlardan sonra etirazlar izlənir

France 24 · 24 oktyabr 2026, 22:47