Fransadakı iğtişaşlara görə minə yaxın şəxs saxlanılıb
24 oktyabr 2026, 22:46 · Mənbə: Report.az

Fransanın hüquq-mühafizə orqanları qiymət artımına qarşı etiraz aksiyaları zamanı yaranan iğtişaşların yatırılması gedişində minə yaxın adamı saxlayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın hüquq-mühafizə orqanları qiymət artımına qarşı etiraz aksiyaları zamanı yaranan iğtişaşların yatırılması gedişində minə yaxın adamı saxlayıb.
"Report" BFMTV-yə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes brifinqdə bildirib.
"Bu gün biz yenidən son dərəcə yüksək səviyyədə zorakılıqla üzləşdik, saxlanılanların sayı artıq min nəfərə yaxınlaşır", - nazir bildirib.
Onun sözlərinə görə, bu, ölkənin bir çox şəhərlərində etirazların iğtişaşlara və qarətlərə çevrildiyi 17 oktyabrda olduğundan nəzərəçarpacaq dərəcədə çoxdur. Nazir etiraf edib ki, bu gün də az sayda mağazalar talan olunub.
Bununla yanaşı, Nunyes yalnız ilkin məlumatlara malik olduğunu etiraf edib və xatırladıb ki, ötən şənbə günü eyni vaxtda 300 zərərçəkmiş mağaza barədə məlumat verilib, halbuki növbəti günün ortalarına doğru onların sayı artıq 3 minə çatıb.
"Bu gün axşam, görünür, vəziyyət tamamilə fərqlidir və əlbəttə ki, buna sevinmək lazımdır. Mən buna görə daxili təhlükəsizlik qüvvələrinə təşəkkür edirəm", - o yekunlaşdırıb.
Şənbə günü, oktyabrın 24-də bütün Fransada həmkarlar ittifaqı və tələbə hərəkatlarının iştirakı ilə kütləvi nümayişlər keçirilib. DİN-in məlumatına görə, aksiyalarda 410 min nəfər iştirak edib, halbuki CGT həmkarlar ittifaqı onların sayının 800 min nəfərə çatdığını hesab edir.
Oxşar xəbərlər


Dünya
Umland Rusiyanın işğal etdiyi ərazilərdəki ukraynalı mülki şəxsləri girov götürməsini və onların qaytarılmasını izah edir
Ukrainskaya Pravda · 24 oktyabr 2026, 22:47

Dünya
Ukrayna Komitəsinin rəhbəri Vitkoffun istefa verməsini tələb edir
France 24 · 24 oktyabr 2026, 22:47

Dünya
Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
Report.az · 24 oktyabr 2026, 22:46