Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
24 oktyabr 2026, 22:46 · Mənbə: Report.az

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar.
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar.
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olublar və Tbilisidə bir məktəbə hücum etməyi planlaşdırıblar. Onlar talan təşkil etmək və silahdan istifadə edərək məktəbdə olan şəxslərin sağlamlığına zərər vurmaq niyyətində idilər.
Saxlanılanlara Cinayət Məcəlləsinin zorakılıq və talanlara, başqasının əmlakına ziyan vurmağa, habelə silah istifadəsinə səbəb olan qrup hərəkətlərinin təşkili və iştiraka hazırlıq maddəsi üzrə ittiham irəli sürülüb.
Saxlanılanları altı ildən doqquz ilə qədər həbs cəzası gözləyir.
Məhkəmə artıq yetkinlik yaşına çatmayanlardan biri üçün məhkəməyəqədər həbs qərarı verib, prokurorluq digəri ilə bağlı məhkəmədə vəsatət qaldıracaq.
Oxşar xəbərlər

Dünya
İlon Mask Ukraynada münaqişəni uzatmaq tərəfdarlarını tənqid edib
News.ru · 24 oktyabr 2026, 23:17

Dünya
İlon Mask Ukrayna ordusunun Starlink-dən istifadəsi qaydalarını pozduğunu deyib
News.ru · 24 oktyabr 2026, 23:17

Dünya
Papa Fransiskin xüsusi nümayəndəsi ukraynalı əsirlərə baş çəkir
Ukrainskaya Pravda · 24 oktyabr 2026, 23:16
