TopXəbər

Vüqar Gülməmmədov: "Qanunda nəticə əsaslı büdcənin tətbiqi təsbit olunmalıdır"

11 noyabr 2026, 14:17 · Mənbə: Report.az

Vüqar Gülməmmədov: "Qanunda nəticə əsaslı büdcənin tətbiqi təsbit olunmalıdır"

Hazırda Azərbaycanda büdcə planlaşdırması sifariş əsaslı olsa da, paralel olaraq Maliyyə Nazirliyi pilot layihə qismində nəticə əsaslı büdcə modelinə keçir.

Yeniliklərdən dərhal xəbərdar olun!

Hazırda Azərbaycanda büdcə planlaşdırması sifariş əsaslı olsa da, paralel olaraq Maliyyə Nazirliyi pilot layihə qismində nəticə əsaslı büdcə modelinə keçir.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlüləsizlik və korupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında"qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Büdcə sistemi haqqında" qanunda birmənalı təsbit yoxdur ki, bütün bunlar haqqında daha geniş məlumat verilsin, büdcə layihəsində maliyyə göstəriciləri ilə yanaşı qeyri-maliyyə göstəriciləri – natural göstəricilər də olsun. Hazırda sənəddə sadəcə 8 sahə üzrə pilot layihə var. Təəssüf edirəm ki, audit nəticələrinə görə, son 5 ildə pilot layihəyə ilk qoşulan sahələrin təqdim etdiyi hesabatlarla Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirdiyi məlumatlar arasında uyğunsuzluq var. Ona görə, ilk növbədə "Büdcə sistemi haqqında" qanunda nəticə əsaslı büdcənin tətbiqi birmənalı təsbit olunmalıdır", - deyə o qeyd edib.