Vensan Kompani "Bavariya"nın düşərgəsinə qayıdıb
10 noyabr 2026, 17:17 · Mənbə: Report.az

Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Vensan Kompani komandanın düşərgəsinə qayıdıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Vensan Kompani komandanın düşərgəsinə qayıdıb.
"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Oktyabrın 23-də 40 yaşlı belçikalı mütəxəssis klubun məşq bazasında huşunu itirib və helikopterlə xəstəxanaya çatdırılıb.
Bildirilib ki, Kompani son vaxtlar virus infeksiyasından əziyyət çəksə də, xəstəliyin əlamətlərinə baxmayaraq, fəaliyyətini tam davam etdirib.
Vensan Kompani 2024-cü ilin mayından "Bavariya"nın baş məşqçisidir. Onun rəhbərliyi altında Münhen təmsilçisi iki dəfə Almaniya çempionu olub, eyni sayda ölkə Superkubokunu qazanıb, həmçinin bir dəfə Almaniya Kubokunun qalibi olub.
Oxşar xəbərlər

İdman
"Arsenal"ın iki futbolçusu zədə səbəbindən növbəti oyunu buraxacaq
Report.az · 20 noyabr 2026, 15:17

İdman
"Napoli"nin qapıçısı Aleks Meret zədə səbəbindən "Torino" ilə oyunu buraxacaq
Report.az · 20 noyabr 2026, 12:47


İdman
Elxan Səmədov: "Xankəndi" azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır"
Report.az · 19 noyabr 2026, 23:18