PSJ bir sıra futbolçularla müqavilələri uzatmağı planlaşdırır
20 noyabr 2026, 05:19 · Mənbə: Report.az

Parisin PSJ klubu dörd əsas futbolçu ilə müqavilələri uzatmaq niyyətindədir.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Parisin PSJ klubu dörd əsas futbolçu ilə müqavilələri uzatmaq niyyətindədir.
Bu barədə "Report" "Canal+" telekanalına istinadən xəbər verir. Məlumata görə, klub qapıçı Matvey Safonov, cinah oyunçuları Xviça Kvaratsxeliya, Desire Due həmçinin hücumçu Usman Dembele ilə yeni müqavilələr üzrə danışıqlar aparır.
Safonov, Due və Kvaratsxeliyanın parislilərlə hazırkı müqavilələri 2029-cu ilin yayına qədərdir. Dembelenin müqaviləsi bir il əvvəl, 2028-ci ildə bitir.
Hazırkı heyəti saxlamaq rəhbərlik tərəfindən komandanın titullarını qorumaq üçün prioritet hesab olunur.
PSJ hazırkı Liqa 1-in çempionu və Çempionlar Liqasının qalibidir.
Oxşar xəbərlər



İdman
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib
Report.az · 21 noyabr 2026, 16:47
