TopXəbər

Vens: ABŞ İranla müharibənin iki il davam etməsinə imkan verməyəcək

17 noyabr 2026, 05:47 · Mənbə: Report.az

Vens: ABŞ İranla müharibənin iki il davam etməsinə imkan verməyəcək

İranla müharibə Vaşinqton üçün daha bir uzunmüddətli münaqişə olmayacaq; Amerika hakimiyyəti bu qarşıdurmanın daha iki il davam etməsinə imkan verməyəcək.

Yeniliklərdən dərhal xəbərdar olun!

İranla müharibə Vaşinqton üçün daha bir uzunmüddətli münaqişə olmayacaq; Amerika hakimiyyəti bu qarşıdurmanın daha iki il davam etməsinə imkan verməyəcək.

"Report"un məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu barədə "Fox News"a müsahibəsində deyib.

"Biz Amerika xalqına daha sonsuz müharibələrdə iştirak etməyəcəyimizi dedik. Bəli, Prezident (Donald Tramp) (Tehranın-red) nüvə proqramını məhv etməyi zəruri sayır, İranın nüvə proqramı ABŞ üçün təhlükə yaradır. Lakin biz bu (İranla münaqişənin - red.) 10 və ya 15 il, hətta açığı, iki il (ABŞ) üçün öhdəliyə çevrilməsinə imkan verməyəcəyik", - o deyib.

Vensin sözlərinə görə, ABŞ orada əbədi olaraq qalmayacaq"

"Biz bunu etməyəcəyimizə söz vermişdik. Mən tamamilə əminəm ki, Prezident bizi bundan əla nəticələrlə çıxaracaq", - vitse-prezident əlavə edib.

Dünya

COP31-də iqlim sazişinin yeni layihəsi təqdim olunub

Report.az · 22 noyabr 2026, 10:46