Azərbaycan Basketbol Liqasında bu gün I və III turdan təxirə salınmış oyunlar keçiriləcək
22 noyabr 2026, 09:47 · Mənbə: Report.az

Bu gün Azərbaycan Basketbol Liqasında I və III turlardan təxirə salınmış oyunlar keçiriləcək.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Azərbaycan Basketbol Liqasında I və III turlardan təxirə salınmış oyunlar keçiriləcək.
"Report" xəbər verir ki, ilk turdan təxirə düşmüş qarşılaşmada saat 15:00-da "Naxçıvan" "Neftçi" ilə üz-üzə gələcək.
III turun matçında isə saat 18:00-da "LANDAU Lions" "Ordu" ilə qarşılaşacaq.
Hər iki görüş Bakı İdman Sarayında gerçəkləşəcək.
Qeyd edək ki, hərəyə 11 xalı olan "Naxçıvan" və "Neftçi" kollektivləri turnir cədvəlində müvafiq olaraq ikinci və üçüncü pillələri bölüşür. 9 xalı olan "LANDAU Lions" beşinci,"Ordu" isə 8 xalla yeddincidir.
Oxşar xəbərlər

Dünya
Qalibaf: ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb
Report.az · 22 noyabr 2026, 15:17


