Valérie Leberichel "Chloé"nin yeni marketinq direktoru təyin edildi
"Chloé" Valérie Leberichel-i marketinq direktoru vəzifəsinə gətirib. O, iyunun 1-dən fəaliyyətə başlayacaq və baş direktor Laurent Malecaze-ə tabe olacaq.
"Chloé"də yeni təyinat: Fransız moda evi "Chloé" Valérie Leberichel-i yeni marketinq direktoru təyin edib, WWD xəbər verir.
Təcrübəli komunikasiya rəhbəri iyunun 1-dən işə başladığını təsdiqləyib.
O, baş icraçı direktor Laurent Malecaze-ə hesabat verəcək. Malecaze dizayner Chemena Kamali ilə birlikdə "Chloé"nin yenilənməsi layihəsini idarə edir. Kamali 2023-cü ildə yaradıcı direktor təyin olunandan sonra markanın parlaq imicini bərpa edib.
Leberichel ən son İtaliyanın Milan şəhərində "Gucci"də qlobal kommunikasiya üzrə baş vitse-prezident olub.
Onun bundan əvvəlki iş yeri "Givenchy" olub, burada o, qlobal kommunikasiya üzrə vitse-prezident olaraq yaradıcı direktor Metyu M. Uilyamsla sıx əməkdaşlıq edib.
Fransalı olan Leberichel karyerasına "Jean Louis Scherrer"də ictimaiyyətlə əlaqələr meneceri kimi başlayıb, sonra "Issey Miyake Europe"da kommunikasiya direktoru olub.
2002-ci ildə "Celine"ə kommunikasiya meneceri kimi qoşulub və 10 ildən çox fəaliyyət göstərdikdən sonra 2013-cü ildə "Prada Group"a keçərək "Miu Miu" üçün dünya üzrə kommunikasiya və xarici əlaqələr direktoru olub.
2019-cu ilə qədər "Miu Miu"nun qlobal kommunikasiya işlərinə rəhbərlik edib və "Prada France"də kommunikasiya rəhbəri vəzifəsini tutub.
"Chloé" İsveçrə lüks nəhəngi "Richemont" qrupuna daxildir. Bu qruplar arasında "Cartier", "Van Cleef & Arpels" və "Dunhill" kimi markalar da var. "Richemont"un 31 martda başa çatan dördüncü rüb satışları əvvəlki rübdəki 11 faiz artıma qarşı 13 faiz artım göstərib.
"Richemont" ticarət hesabatında moda və aksesuar evlərində "hazır geyim kateqoriyasında möhkəm artımlar" olduğunu, xüsusilə "Peter Millar", "Alaïa" və "Chloé"də artım müşahidə edildiyini vurğulayıb.
Kamali 2026-cı ilin payız kolleksiyasında pelerinlər, ponçolar, önlüklü paltarlar və şaftalı tonlarında bluzlar kimi ev arxetiplərini təqdim edib.




