Ukrayna Danimarkadan 1 milyard avroyadək hərbi yardım alacaq
14 noyabr 2026, 13:17 · Mənbə: Report.az

Ukrayna ilin sonunadək Danimarkadan 1 milyard avroyadək hərbi yardım alacaq.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna ilin sonunadək Danimarkadan 1 milyard avroyadək hərbi yardım alacaq.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 13-də Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, Danimarkanın 645 milyon avro dəyərində dəstək paketi var:
"Paketə müxtəlif yardım növləri, o cümlədən reaktiv "Şahed" dronlarını vurmaq üçün F-16 qırıcılarına nəzərdə tutulan 20 mm-lik sursat, dron istehsalına ayrılan təxminən 200 milyon avro və birgə istehsal üçün vəsait daxildir. Xerson vilayəti üçün ayrıca enerji dəstəyi paketi də nəzərdə tutulub. Regionda enerji sektorunun ağır vəziyyətdə olması ilə bağlı da Danimarka tərəfinə müraciət etmişəm".
Fotoqalereya
1 / 4Ukrayna Danimarkadan 1 milyard avroyadək hərbi yardım alacaq
V.Zelenski həmçinin Ukraynanın ehtiyac duyduğu F-16 qırıcıları üçün böyük həcmdə sursat tədarükünün müzakirə olunduğunu deyib:
"Söhbət altı ay üçün nəzərdə tutulan 800 min ədəd sursatdan gedir. Danimarkada keçirilən görüş zamanı tərəflər bu məsələnin həlli ilə bağlı razılığa gəlinib".
Ukrayna Prezidenti əlavə edib ki, "Ramştayn" formatında keçiriləcək növbəti görüşə hazırlaşır:
"Əsas müzakirə mövzuları Ukraynaya verilən F-16 qırıcılarının sayının artırılması və hava hücumundan müdafiə sisteminin gücləndirilməsi olacaq".
V.Zelenski eyni zamanda ölkəsinin peyk sistemi ilə bağlı da Avropa ölkələri ilə razılaşmaların əldə olunduğunu vurğulayıb.
Oxşar xəbərlər

Dünya
FT: Optik lifin bahalaşması Ukraynanın dron istehsalını çətinləşdirəcək
Report.az · 22 noyabr 2026, 08:46

Dünya
Yaponiyada HDQ-nin atom sualtı qayıqları ilə təchiz edilməsinə dair müzakirələr istisna edilmir
Report.az · 22 noyabr 2026, 08:16

Dünya
İndoneziyada qənnadı fabrikində baş verən yanğında 43 nəfər itkin düşüb
Report.az · 22 noyabr 2026, 07:47

Dünya
"Bild": Almaniya Rusiyanı təxribata çəkməmək üçün tankların Polşa ərazisindən keçirilməsindən imtina edib
Report.az · 22 noyabr 2026, 06:46