Yaponiyada HDQ-nin atom sualtı qayıqları ilə təchiz edilməsinə dair müzakirələr istisna edilmir
22 noyabr 2026, 08:16 · Mənbə: Report.az

Yaponiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) atom sualtı qayıqları ilə təchiz edilməsi məsələsinin müzakirəsi istisna edilmir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) atom sualtı qayıqları ilə təchiz edilməsi məsələsinin müzakirəsi istisna edilmir.
"Report" xəbər verir ki, bu barədə ölkənin hakim Liberal Demokrat Partiyasının (LDP) təhlükəsizlik məsələləri üzrə şurasının katibi Keytaro Ono Yaponiya ictimai televiziyasının efirində bildirib.
Ono vurğulayıb ki, LDP-də o mövqedən çıxış edirlər ki, ölkənin təhlükəsizlik sahəsindəki əsas sənədlərində dəyişikliklər müzakirə olunarkən Yaponiyanın atom sualtı qayıqlarına malik olması imkanı barədə diskussiya istisna edilmir.
"Əvvəldən bu mövzunun müzakirə edilməsi imkanı məsələsi istisna olunmurdu", - o izah edib. Eyni zamanda, Ono etiraf edib ki, atom sualtı qayıqlarının tətbiqi zamanı istismar, texnologiyalar və təhlükəsizliklə bağlı bir çox problemlər yaranır.
"Yapon xalqının anlaması çətin olacaq məqamlar da var", - o əlavə edib və bu məsələnin hərtərəfli nəzərdən keçiriləcəyinə söz verib.
Oxşar xəbərlər

Dünya
Qalibaf: ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb
Report.az · 22 noyabr 2026, 15:17


