TopXəbər

Turan Məmmədli: Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı üçün təkliflər irəli sürüb

4 noyabr 2026, 12:17 · Mənbə: Report.az

Turan Məmmədli: Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı üçün təkliflər irəli sürüb

Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı və kino sahəsində əməkdaşlığı üçün bir sıra təkliflər irəli sürüb.

Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı və kino sahəsində əməkdaşlığı üçün bir sıra təkliflər irəli sürüb.

"Report"un İstanbula ezam olunan əməkdaşı xəbər verir ki, 6-cı "Korkut Ata" Türk Dünyası Film Festivalı çərçivəsində keçirilən kino zirvəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Kino Agentliyi nəzdində fəaliyyət göstərən Nizami Kino Mərkəzinin direktoru Turan Məmmədli türk dövlərlərinin kino sahəsində birgə istehsala diqqəti artırmağın vacibliyindən bəhs edib.

Onun sözlərinə görə, kino sahəsində birgə tədbirlərin təşkili və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, eləcə də ortaq film layihələrinin maliyyələşdirilməsi üçün birgə fondun yaradılması bu xüsusda faydalı ola bilər.

"Həmçinin hesab edirik ki, Türk dövlətləri arasında birgə peşəkar təlim proqramlarının təşkili və kino mütəxəssislərinin qarşılıqlı mübadiləsi, birgə istehsal olunan film layihələrinin sayının artırılması kino sahəsində perspektivimizi artıra bilər".

Turan Məmmədli türkdilli uşaq auditoriyası üçün birgə animasiya layihələrinin istehsalının da mümkünlüyünü ifadə edib.

"Bu müstəvidə beynəlxalq film marketlərində birgə stendlərin qurulması və ortaq təmsilçiliyin təmin edilməsi də vacibdir".

YENİLƏNİR