TopXəbər

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 noyabr 2026, 01:18 · Mənbə: Report.az

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

Gürcüstanda noyabrın 22-də elan edilmiş ümummilli matəm günü ilə əlaqədar ölkə ərazisində dövlət bayraqları yarıya qədər endirilib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Gürcüstanda noyabrın 22-də elan edilmiş ümummilli matəm günü ilə əlaqədar ölkə ərazisində dövlət bayraqları yarıya qədər endirilib.

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

"Report"un Gürcüstan bürosu xəbər verir ki, hökumətin qərarına əsasən, matəm tədbiri bütün ölkəni əhatə edir.

Dövlət bayraqları dövlət və inzibati binalarda, rəsmi qurumların yerləşdiyi ərazilərdə aşağı salınıb.

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

Matəm günü noyabrın 19-da Tbilisinin Kvemo Poniçala qəsəbəsində yaşayış binasında baş vermiş partlayış nəticəsində həlak olanların xatirəsinə həsr olunub. Faciə nəticəsində altı nəfər, o cümlədən iki azyaşlı həyatını itirib, beş nəfər xəsarət alıb.

Gürcüstan hökumətinin qərarı ilə noyabrın 22-si həlak olanların xatirəsinin yad edilməsi üçün ümummilli matəm günü elan olunub.