TopXəbər

Tramp: "Audi" ABŞ avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar investisiya yatıracaq

25 oktyabr 2026, 06:46 · Mənbə: Report.az

Tramp: "Audi" ABŞ avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar investisiya yatıracaq

Almaniyanın "Volkswagen" konserninə daxil olan "Audi" avtomobil istehsalçısı Corciyadakı bir zavoda 4,2 milyard dollar investisiya yatırmağı planlaşdırır.

Tramp: "Audi" ABŞ avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar investisiya yatıracaq

  • 25 oktyabr, 2026
  • 06:07
  • Yeniliklərdən dərhal xəbərdar olun!

    Almaniyanın "Volkswagen" konserninə daxil olan "Audi" avtomobil istehsalçısı Corciyadakı bir zavoda 4,2 milyard dollar investisiya yatırmağı planlaşdırır.

    "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu barədə Konqresə 3 noyabrda keçiriləcək aralıq seçkilərdən əvvəl Corciyadakı Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışında bildirib.

    "Audi" gələn ay qonşu Meykon şəhərində ildə 200 000 avtomobil istehsal edəcək nəhəng zavodun tikintisinə başlamaq üçün 4,2 milyard dollar investisiya yatırmağı vəd edib", - Amerika lideri bildirib.

    Trampın sözlərinə görə, "bu, müasir tarixdə ABŞ avtomobil sənayesinə ən böyük investisiya olacaq". "Audi"nin baş direktoru Qernot Döllner də mitinqdə qısaca danışıb və şirkətin Meykonda istehsal qurmaq niyyətini təsdiqləyib.

    Tramp əmin olduğunu bildirib ki, "Audi" rəhbərliyi bu qərarı Vaşinqton administrasiyası tərəfindən tətbiq edilən tariflər səbəbindən verib. "Əgər tariflər olmasaydı, onlar gəlməzdi", - o əlavə edib.

    Tramp əvvəllər də dəfələrlə vurğulayıb ki, avtomobil şirkətlərinin istehsalı Almaniya və Yaponiya da daxil olmaqla, digər ölkələrdən ABŞ-yə köçürmələrinin səbəbi məhz budur. İstehsalın ABŞ-yə köçürülməsi şirkətlərə ABŞ tariflərinin təsirindən qismən yayınmağa imkan verir.