Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
25 oktyabr 2026, 02:46 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın razılığa gəlməyəcəkləri təqdirdə İrana yeni hücumlar başlatmaq ehtimalını istisna etməyib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın razılığa gəlməyəcəkləri təqdirdə İrana yeni hücumlar başlatmaq ehtimalını istisna etməyib.
"Report"un məlumatına görə, Amerika lideri bu açıqlamanı Floridada jurnalistin sualını cavablandırarkən verib.
"Həqiqətən düşünürsünüz ki, bunu edib-etməyəcəyimi sizə deyəcəyəm? Ehtimal ki, bunu edəcəyəm. Həmçinin yaxşı, böyük bir razılaşma əldə etmək şansımız da var", - Tramp əlavə edib.
O qeyd edib ki, razılaşmanı başa çatdıra bilər və ya Vaşinqton və Tehran razılığa gələ bilər: "Dəqiq bilmirəm. Hər iki halda da biz qalib gələcəyik".
Daha əvvəl "The Wall Street Journal" (WSJ) ABŞ-nin İrana hücumların bərpasına hazırlaşdığını xəbər verib. Bu arada, "Al Arabiya" telekanalı iddia edib ki, Tehran Vaşinqtona blokadanı ləğv etmək müqabilində Hörmüzü açmağı təklif edib.
Oxşar xəbərlər

Dünya
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Report.az · 25 oktyabr 2026, 03:17

Dünya
Prezident seçkisinin ikinci turundan əvvəl Bolsonaro Luladan az fərqlə öndə olur
Anadolu Agency · 25 oktyabr 2026, 02:16

Dünya
Zelenskinin administrasiyası Starlinkdən istifadə zamanı pozuntularla bağlı İlona cavab verib
Ukrainskaya Pravda · 25 oktyabr 2026, 02:17