TəciliUkrayna Rusiya titanium zavoduna zərbə endirib

TopXəbər

Serbiyanın hakim partiyası Vuçiçin anasına hücum edildiyini bildirib

25 oktyabr 2026, 16:47 · Mənbə: Report.az

Serbiyanın hakim partiyası Vuçiçin anasına hücum edildiyini bildirib

Serbiyanın hakim Serb Tərəqqi Partiyası (SNS) Aleksandar Vuçiçin anası Ancelina Vuçiçə qarşı fiziki və şifahi hücumun baş verdiyini bildirib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Serbiyanın hakim Serb Tərəqqi Partiyası (SNS) Aleksandar Vuçiçin anası Ancelina Vuçiçə qarşı fiziki və şifahi hücumun baş verdiyini bildirib.

"Report"un Balkan bürosu xəbər verir ki, partiyanın rəsmi saytında yayılan bəyanata əsasən, hadisə oktyabrın 25-də Belqradda, Kaleniç bazarının yaxınlığında baş verib.

SNS-in məlumatına görə, blokada tərəfdarı siyasi mövqeyə malik bir qrup gənc Ancelina Vuçiçi itələyib, onun üzərinə qışqırıb və bazardan aldığı ərzaq məhsulları olan torbaları cırıb.

Partiya hadisəni aqressiya, alçaltma və hədə-qorxu aktı kimi qiymətləndirərək, səlahiyyətli orqanlardan insidentin bütün hallarının araşdırılmasını və hadisədə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Bəyanatda bildirilir ki, Ancelina Vuçiç hadisə ilə bağlı polisə müraciət edib. SNS hüquq-mühafizə orqanlarını insidentə gecikmədən, peşəkar şəkildə və qanunvericiliyə uyğun reaksiya verməyə çağırıb.

Partiya, həmçinin bütün siyasi qüvvələri hadisəni açıq şəkildə pisləməyə çağırıb və siyasi fikir ayrılıqlarının zorakılığa bəraət qazandıra bilməyəcəyini vurğulayıb.

Dünya

Saşa Savelyeva və Kirill Safonov boşanmaq qərarı verib

News.ru · 25 oktyabr 2026, 17:17