Britaniyada fırtına səbəbindən 57 mindən çox ev işıqsız qalıb
25 oktyabr 2026, 17:16 · Mənbə: Report.az

Britaniyada ölkə və qonşu İrlandiyanı əhatə edən "Boelo" fırtınası nəticəsində 57 mindən çox evin elektrik təchizatı kəsilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Britaniyada ölkə və qonşu İrlandiyanı əhatə edən "Boelo" fırtınası nəticəsində 57 mindən çox evin elektrik təchizatı kəsilib.
"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Fırtına güclü küləklə müşayiət olunub. Şotlandiyanın bəzi ərazilərində küləyin sürəti saniyədə 38 metrə, İngiltərədə isə 31,1 metrə çatıb.
Oktyabrın 25-i səhər saatlarına olan məlumata görə, Böyük Mançester, Kambriya və Lankaşir də daxil olmaqla, şimal qraflıqlarında 57 mindən çox ev elektrik enerjisiz qalıb.
Britaniyanın Meteorologiya Xidməti ölkənin şimalında sarı və narıncı səviyyəli hava xəbərdarlıqlarını qüvvədə saxlayır. Əlverişsiz hava şəraitinin ən ciddi nəticələri İngiltərənin cənub-qərbində, Cənubi Uelsdə, Qərbi və Şərqi Midlends bölgələrində qeydə alınıb.
İngiltərə və Uelsin elektrik şəbəkəsini idarə edən "National Grid" şirkəti oktyabrın 23-də ölkəni vuran "Ostin" fırtınasından zərər çəkmiş 131 mindən çox evin və digər obyektin elektrik təchizatının bərpa edildiyini açıqlayıb.
Bundan başqa, bazar günü İrlandiya və Şimali İrlandiyada da minlərlə ev elektrik enerjisiz qalıb.
Oxşar xəbərlər

Dünya
Kreml noyabrdan sonra Ukrayna və ABŞ-la üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib
Kyiv İndependent · 25 oktyabr 2026, 17:17


Dünya
Politoloq ABŞ-da demokratların qələbəsinin Ukrayna ordusunun müvəffəqiyyətinə kömək edib-etməyəcəyini Cavablandırıb
News.ru · 25 oktyabr 2026, 17:17

Dünya
Fransada etirazlar, İndoneziyada meşə yanğınları və Braziliyada seçkilər baş verir
France 24 · 25 oktyabr 2026, 17:17