SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib
27 sentyabr 2026, 14:44 · Mənbə: Report.az

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
"HDQ döyüşçüləri radioelektron mübarizə vasitəsilə həyata keçirilən əlaqələndirilmiş və mürəkkəb əməliyyat zamanı Hörmüz boğazında casusluq məqsədilə fəaliyyət göstərən ABŞ ordusuna məxsus qabaqcıl bir sualtı pilotsuz qurğunu tələyə sala biliblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, bu sualtı pilotsuz qurğu daha əvvəl ələ keçirilən "Remus 600" aparatının bir növüdür və hazırda onun məlumatlarının bərpa edilməsi məqsədilə bu qüvvənin mütəxəssislərinin ixtiyarına verilib.
Oxşar xəbərlər

Dünya
Cey Di Vens Fransadakı etirazlarda zorakılığı qərb liberalları törədib deyib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 16:47

Dünya
Ukrayna Sankt-Peterburqa pilotsuz hücum edib, biri ölüb, neft emalı zavodu yanıb
France 24 · 18 oktyabr 2026, 16:47


Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17