SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
16 noyabr 2026, 02:18 · Mənbə: Report.az

Bazar günü Hörmüz boğazının şərq hissəsində tanker minaya düşərək alovlanıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bazar günü Hörmüz boğazının şərq hissəsində tanker minaya düşərək alovlanıb.
"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, silahlı qüvvələrin elit bölməsi) İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
"Bir saat əvvəl tanker Hörmüz boğazının şərq hissəsində minaya düşüb və alovlanıb", - məlumatda bildirilib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, tanker naviqasiya sistemlərini sıradan çıxarıb və Hörmüz boğazında qadağan olunmuş zonada olub. Ekipajın vəziyyəti və ya ətraf mühitə mümkün ziyan barədə hələ heç bir məlumat yoxdur.
Oxşar xəbərlər


Dünya
ABŞ Hərbi Dəniz Qüvvələrinin "Doris Miller" aviadaşıyıcısı Trampın şərəfinə yenidən adlandırılmayacaq
Report.az · 22 noyabr 2026, 05:47


Dünya
Litva Rusiyanın Kalininqrad vilayətindəki dron insidentinə aidiyyəti olduğunu rədd edib
Report.az · 22 noyabr 2026, 04:46