TopXəbər

Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb

22 noyabr 2026, 06:16 · Mənbə: Report.az

Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb

Nigeriyanın cənubundakı Bayelsa ştatında gəminin qəzaya uğraması nəticəsində 26 nəfər həlak olub.

Yeniliklərdən dərhal xəbərdar olun!

Nigeriyanın cənubundakı Bayelsa ştatında gəminin qəzaya uğraması nəticəsində 26 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Vanguard" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Əvvəlcə ştatın polis komandanlığı dörd cəsədin tapıldığını və sağ qalan 24 nəfərin xilas edildiyini təsdiqləyib, lakin şənbə günü axşama doğru yerli dalğıclar və dəniz polisi daha 22 cəsəd aşkar edib, nəticədə həlak olanların ümumi sayı 26-ya çatıb.

İlkin məlumata görə, hadisəyə qayığın həddindən artıq yüklənməsi və hərəkət zamanı yaranan texniki nasazlıq səbəb olub, daha sonra qayıq batıb.

Qeyd olunub ki, sağ qalan 19 nəfərə tibbi yardım göstərilib, beş zərərçəkən isə xəstəxanaya yerləşdirilib. Gəminin idarə olunmasına cavabdeh olan şəxs araşdırma aparmaq üçün saxlanılıb, gəmiçi isə gizlənib.