Səbinə Əliyeva yenidən ombudsman seçilib - Yenilənib
3 noyabr 2026, 12:17 · Mənbə: Report.az

Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsini müzakirə edir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Səbinə Əliyeva yenidən ombudsman seçilib.
"Report" xəbər verir ki, Milli Məclisdə bununla bağlı səsvermə nəticəsində qərar qəbul edilib.
Belə ki, Səbinə Əliyeva 100, Ceyhun Qaracayev 13, Elşanə Vəliyeva isə 8 səs toplayıb.
Daha sonra Səbinə Əliyeva ombudsman kimi and içib.
Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsini müzakirə edir.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən ombudsman vəzifəsi üçün parlamentin müzakirəsinə Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasinali oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyi irəli sürülüb.
Qeyd edək ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün 3 şəxsin namizədliyini təqdim edir. Milli Məclis isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı qərar qəbul edir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
Oxşar xəbərlər

Dünya
Azərbaycanla Türkiyə Qara dənizin dibi ilə elektrik ötürücü xəttin çəkilməsini müzakirə edir
Report.az · 10 noyabr 2026, 23:17


Dünya
Sibiqa: Ukrayna Qara dənizdə və energetika sahəsində atəşkəslə bağlı təkliflərini təqdim edib
Report.az · 10 noyabr 2026, 22:47
