TopXəbər

Ruslar 2025-ci ildə Türkiyəni ən çox ziyarət edib

27 sentyabr 2026, 14:45 · Mənbə: Anadolu Ajansı

2025-ci ildə Rusiyadan 3 milyon 713 min nəfər Türkiyəni turistik səfər istiqaməti seçib. Anadolu Ajansı yazır ki, Türkiyə bu siyahıda birinci yerdədir.

Rosstat - Rusiya Federal Statistika Xidməti 2025-ci ilin turistik səfərlərinə aid statistikaları açıqlayıb. Məlumata görə, 2025-ci ildə rusiyalı turistlər ən çox Türkiyəni ziyarət edib.

Türkiyəni 3 milyon 713 min rus turisti ziyarət edib. Ardıcıl olaraq 1 milyon 960 min nəfər Misir və təxminən 1 milyon 160 min nəfər Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Məzmun media
Məzmun media

Digər populyar istiqamətlər arasında Tayland (914 min 200), Çin (509 min), Abxaziya (419 min) və Vyetnam (380 min 800) yer alıb.

Eyni dövrdə Maldivlərə 196 min 600, Müstəqil Dövlətlər Birliyinə 150 min 100 və Şri-Lankaya 120 min 500 rus vətəndaşı səfər edib.

2024-cü ildə də rus turistlər arasında Türkiyə ən çox ziyarət edilən ölkələrdən biri olub.