TəciliFransada ölümcül irqçi hücum törədiblər: Avropada nifrət cinayətləri artır?

TopXəbər

Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb

24 oktyabr 2026, 14:16 · Mənbə: Report.az

Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb

Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin edilməsini ümumi prioritet adlandırıb.

Yeniliklərdən dərhal xəbərdar olun!

Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin edilməsini ümumi prioritet adlandırıb.

"Report" xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Dan Nekulesku Türkiyənin xarici işlər naziri Hakan Fidanla ilk telefon danışığının yekunlarına əsasən bildirib.

"Bizim geniş ikitərəfli gündəliyimiz var və ortaq prioritetimiz var - bu, Qara dənizdə təhlükəsizliyin təmin edilməsidir. Ticarət gəmilərinə hücumlar yolverilməzdir. Qara dəniz üzrə müttəfiqlər olaraq birlikdə hərəkət etməliyik", - Nekulesku "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, tərəflər NATO çərçivəsində əməkdaşlığı gücləndirmək və Bolqarıstanla üçtərəfli danışıqları aktivləşdirmək niyyətindədirlər.

"Qara dənizdəki hadisələr bütün ölkələrə təsir edir. Rumıniya və Türkiyə regionun sabitliyi və qarşılıqlı əlaqəsi naminə əməkdaşlığı gücləndirəcək", - rumıniyalı nazir qeyd edib.

Good first conversation today with my Turkish counterpart @HakanFidan. We have a full bilateral agenda ahead and a shared priority: a safer Black Sea. Attacks on commercial ships are unacceptable. As Black Sea Allies, we have to act together. We will work more closely within @NATO and step up our trilateral talks with Bulgaria. What happens in the Black Sea affects countries around the world. Romania and Türkiye will cooperate more for a stable and connected region. — Dan Neculaescu (@DanNeculaescu) October 24, 2026

Dünya

Almaniyanın səfiri Rusiya ilə dostluğu bərpa etmir

Ukrainskaya Pravda · 24 oktyabr 2026, 14:47