TəciliKiyevə raket zərbəsi endirilib, bir neçə nöqtəyə düşmə qeydə alınıb

TopXəbər

Rubio hindistanlı milyarder Ambani ilə energetika əməkdaşlığını müzakirə edib

21 oktyabr 2026, 23:47 · Mənbə: Report.az

Rubio hindistanlı milyarder Ambani ilə energetika əməkdaşlığını müzakirə edib

ABŞ dövlət katibi Marko Rubio Hindistana səfəri zamanı "Reliance Industries" şirkətinin Direktorlar Şurasının sədri Mukeş Ambani ilə energetika əməkdaşlığı perspektivlərini və qlobal enerji bazarının vəziyyətini müzakirə edib.

Yeniliklərdən dərhal xəbərdar olun!

ABŞ dövlət katibi Marko Rubio Hindistana səfəri zamanı "Reliance Industries" şirkətinin Direktorlar Şurasının sədri Mukeş Ambani ilə energetika əməkdaşlığı perspektivlərini və qlobal enerji bazarının vəziyyətini müzakirə edib.

"Report"un "Reuters"ə istinadən məlumatına görə, görüş Rubionun Camnaqarda yerləşən "Reliance Industries" şirkətinin neft emalı kompleksinə səfəri zamanı baş tutub.

ABŞ dövlət katibinə dizel yanacağı, benzin, kerosin və neft-kimya məhsulları istehsal edən zavodun fəaliyyəti ilə tanış olub.

"Səfər zamanı qlobal enerji bazarındakı vəziyyət, ənənəvi və yeni enerji sektorlarında Hindistan və Amerika şirkətləri arasında kommersiya tərəfdaşlığı imkanları müzakirə edilib", - "Reliance Industries" şirkətinin press-relizində bildirilir.

Tərəflər etibarlı və əlverişli enerji təchizatı, təchizat zəncirinin dayanıqlığı və artan enerji tələbatı fonunda investisiya cəlb etmək məsələlərinə xüsusi diqqət ayırıblar.

Bundan əlavə, Rubio ilə Ambani enerji və rəqəmsal infrastruktur arasındakı əlaqəni müzakirə etdilər.