TəciliPHP internet saytlarının dayanmasına səbəb oldu

TopXəbər

Tramp Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxınlaşdığını bildirib - Əlavə olunub

22 oktyabr 2026, 00:17 · Mənbə: Report.az

Tramp Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxınlaşdığını bildirib - Əlavə olunub

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Moskva və Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində səylərinin intensivləşməsi fonunda düşünülməmiş addımlardan qaçmağa çalışır.

Yeniliklərdən dərhal xəbərdar olun!

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Moskva və Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində səylərinin intensivləşməsi fonunda düşünülməmiş addımlardan qaçmağa çalışır.

"Report"un yerli mediaya istinadən məlumatına görə, Amerika lideri bu açıqlamanı Ağ Evdə jurnalistlərə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburqda ABŞ-nin xüsusi elçisi Stiv Uitkovla görüşünə münasibət bildirərkən verib.

"Münaqişənin bitməsinə yaxınlaşarkən istədiyim ən son şey hər şey alt-üst etməməkdir", - Tramp deyib. Onun sözlərinə görə, belə vəziyyətdə düşünülməmiş hərəkətlərdən çəkinmək vacibdir.

"Belə bir situasiyada edəcəyiniz sonuncu şey ağlasığmaz addım atmaq olar", - ABŞ Prezidenti vurğulayıb.

Tramp həmçinin Rusiya-Ukrayna münaqişəsinin indi həllinə əvvəlkindən daha yaxın olduğu fikrini də dilə gətirib. ABŞ lideri qeyd edib ki, əvvəllər Rusiya Prezidenti Vladimir Putinlə münaqişəyə son qoymaq barədə müzakirə aparıb.

"Yeri gəlmişkən, biz buna yaxınlaşırıq. Mümkündür ki, indi əvvəlkindən daha yaxınıq", - Tramp deyib.