Monteneqroda Berlin Prosesi Liderlər Sammiti keçirilir
22 oktyabr 2026, 09:47 · Mənbə: Report.az

Monteneqronun Miloçer bölgəsində bu gün Berlin Prosesi Liderlər Sammiti keçirilir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Monteneqronun Miloçer bölgəsində bu gün Berlin Prosesi Liderlər Sammiti keçirilir.
"Report"un Balkan bürosu xəbər verir ki, sammit Monteneqronun Berlin Prosesinə builki sədrliyinin yekun tədbiridir.
Sammitdə Qərbi Balkan ölkələrinin liderləri, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin nümayəndələri, o cümlədən Avropa Komissiyasının (AK) genişlənmə məsələləri üzrə komissarı Marta Kos iştirak edəcəklər.
Monteneqronun sədrliyi dövründə Berlin Prosesi çərçivəsində 14-ü nazirlik səviyyəsində təşkil olunmaqla, ümumilikdə 26 tədbir keçirilib. Bu, Berlin Prosesinin tarixində bir sədrliyin müddətində keçirilən ən çox tədbir göstəricisidir.
Qeyd edək ki, Berlin Prosesi Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyasını, regional əməkdaşlığın gücləndirilməsini və iqtisadi əlaqələrin inkişafını təşviq edən təşəbbüsdür.
Oxşar xəbərlər
Siyasət
Abdul El-Sayed və Mike Rogers Michigan Senat kreslosu üçün debat aparır
Al Jazeera · 22 oktyabr 2026, 09:17

Siyasət
Avropanın bir sıra şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir
Report.az · 22 oktyabr 2026, 08:17


Siyasət
Bir kişi Hannah Beazleynin seçki ofisində nunchaku ilə təhdid etdiyinə görə həbs edilib
The Guardian · 22 oktyabr 2026, 06:48