Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
7 noyabr 2026, 13:47 · Mənbə: Report.az

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mersedes Vito" markalı mikroavtobusla hərəkətdə olarkən sürücü idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan 6 nəfərdən biri həyatını itirib, biri isə xəsarət alıb.
Həyatını itirən şəxs 1965-ci il təvəllüdlü Məmmədova Şərqiyə Mənəf qızı, xəsarət alan isə 1956-cı il təvəllüdlü Məmmədova Şəfiqə Əli qızıdır.
Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Hadisə iştirakçılarının hamısı əslən Qax rayonundandır.
Oxşar xəbərlər



Ölkə
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin yeddi üzvü xəsarət alıb
Report.az · 22 noyabr 2026, 23:17
