Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib
21 noyabr 2026, 16:47 · Mənbə: Report.az

Misli Premyer Liqasının XII turunda "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının XII turunda "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib.
"Report"un məlumatına görə, Şamaxı şəhər stadionunda keçirilən matçda Tovuz təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Qolları 34-cü dəqiqədə Joarlem Santos, 88-ci dəqiqədə isə İbrahima Vadji rəqib qapısından keçiriblər. Bu nəticədən sonra "Turan Tovuz" turnir cədvəlində 24 xalla üçüncü pillədə qərarlaşıb. 14 xala malik "Şamaxı" isə 7-cidir.
Günün ikinci duelində "Şəfa" "Qəbələ"ni qəbul edəcək. "SOCAR Polymer Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq.
Xatırladaq ki, XII turun ilk oyun günündə "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" isə səfərdə "Sumqayıt"a (5:1) qalib gəlib. Tura noyabrın 22-də yekun vurulacaq.
Oxşar xəbərlər



İdman
Futzal üzrə hakim-inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
Report.az · 22 noyabr 2026, 11:47

İdman
Premyer Liqa: Bu gün "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olacaq
Report.az · 22 noyabr 2026, 09:16