Paşinyanın aparatının xərcləri 2027-ci ildə 6,4 % azaldılacaq
3 noyabr 2026, 11:47 · Mənbə: Report.az

Ermənistanın Baş naziri aparatının xərcləri 2027-ci ildə 1,6 milyard dram (6,4 %) azalaraq 24,2 milyard dram (66,4 milyon dollar) təşkil edəcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın Baş naziri aparatının xərcləri 2027-ci ildə 1,6 milyard dram (6,4 %) azalaraq 24,2 milyard dram (66,4 milyon dollar) təşkil edəcək.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu, ölkənin gələn il üçün dövlət büdcəsi layihəsində nəzərdə tutulub.
Xüsusən, dövlət sektorunun modernləşdirilməsi proqramının maliyyələşdirilməsi 2,1 milyard dram (5,75 milyon dollar) azalacaq. Cari və protokol xərcləri 630 milyon dollar (1,73 milyon dollar) azalaraq 7,2 milyard dram (təxminən 20 milyon dollar) təşkil edəcək. Eyni zamanda, Ermənistanın beynəlxalq məhkəmələrdə maraqlarının müdafiəsi xərcləri əhəmiyyətli dərəcədə artacaq. Bu məqsədlə 4,75 milyard dram (13 milyon dollar) ayrılması planlaşdırılır ki, bu da 2026-cı illə müqayisədə 870 milyon dram (2,38 milyon dollar) çoxdur.
Bununla yanaşı, prezident və parlament aparatlarının maliyyələşdirilməsi artacaq. Dövlət başçısının aparatının xərcləri təxminən 11 % artaraq 1,79 milyard drama (4,9 milyon dollar), parlamentin xərcləri isə 8,5 % artaraq 7,59 milyard drama (20,8 milyon dollar) çatacaq.
Oxşar xəbərlər


Dünya
Gürcüstan vətəndaşı olan soydaşımız yeniyetmələr arasında Olimpiya çempionu olub
Report.az · 13 noyabr 2026, 07:47

Dünya
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
Report.az · 13 noyabr 2026, 07:17
