TopXəbər

Nyu-York ştatında qızılcanın yayılması ilə bağlı fövqəladə vəziyyət elan olunub

6 oktyabr 2026, 05:14 · Mənbə: Report.az

Nyu-York ştatında qızılcanın yayılması ilə bağlı fövqəladə vəziyyət elan olunub

Nyu-York ştatının qubernatoru Keti Hokul qızılcaya yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Nyu-York ştatının qubernatoru Keti Hokul qızılcaya yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

"Report"un qubernatorun mətbuat xidmətinə istinadən məlumatına görə, sərəncam Nyu-Yorkun ərazilərində və qonşu ştatlarda yoluxma hallarının artması fonunda imzalanıb.

Fövqəladə vəziyyət əhalini peyvənd etmək və test aparmaq üçün əlavə səhiyyə işçilərinin cəlb olunmasına imkan verəcək.

2026-cı ilin əvvəlindən bəri Nyu-York ştatında qızılcaya 108 yoluxma qeydə alınıb ki, bunlardan yeddisi Nyu-York şəhərində olub. İyulun ortalarından bəri ştatın kənd yerlərində 1000-dən çox doza peyvənd vurulub.

Ümumilikdə, ilin əvvəlindən bəri ABŞ-da 4 000-dən çox qızılcaya yoluxma aşkar edilib ki, bu da son 35 ildə ən yüksək rəqəmdir. Mütəxəssislər xəstəliyin yayılmasını qismən peyvənd nisbətlərinin azalması ilə əlaqələndirirlər.