Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
23 oktyabr 2026, 03:48 · Mənbə: Report.az

"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli ABŞ Qran-prisinin nəticələrinə əsasən "Formula-1" tarixinin ən gənc dünya çempionu ola bilər.
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun!
"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli ABŞ Qran-prisinin nəticələrinə əsasən "Formula-1" tarixinin ən gənc dünya çempionu ola bilər.
"Report" xəbər verir ki, bunun üçün 20 yaşlı pilot komanda yoldaşı, britaniyalı Corc Rasselli 23 xal, "Ferrari" pilotu Lüis Hemiltonu 14 xal, "Red Bull" təmsilçisi, niderlandlı Maks Ferstappeni isə 6 xal qabaqlamalıdır.
Hazırda rekord almaniyalı Sebastyan Fettelə məxsusdur. O, dünya çempionu titulunu 23 yaş 134 günlük olarkən qazanıb.
Antonelli "RacingNews365" nəşrinə açıqlamasında çempionluğun yaxın olduğunu anladığını, lakin maksimum nəticə göstərməyə davam etməli olduğunu bildirib:
"Bu imkanı görürəm, amma sadəcə əlimdən gələnin ən yaxşısını etməyə davam etməliyəm. Mövqeyim dəyişməyib: trasa çıxmaq, qələbə uğrunda mübarizə aparmaq və maksimum nəticə göstərmək".
ABŞ Qran-prisinin yarış həftəsonu cümə günü Texas ştatının Ostin şəhərindəki "Amerikalar dairəsi" avtodromunda başlayacaq.
Bakı vaxtı ilə cümə günü saat 21:30-da ilk sərbəst yürüş, şənbə günü saat 01:00-da isə ikinci sərbəst yürüş keçiriləcək. Şənbə günü saat 21:30-da üçüncü sərbəst yürüş, bazar günü saat 01:00-da sıralanma turu baş tutacaq. Əsas yarış isə bazar ertəsinə keçən gecə, saat 00:00-da başlayacaq.
Oxşar xəbərlər


İdman
Konfrans Liqası: "Trabzonspor", "Ayaks" və "Monako" qələbə qazanıb
Report.az · 23 oktyabr 2026, 01:17


İdman
Şri Lanka İngiltərəyə qalib gəlib, Harri Brukun ən sürətli 200-lük rekordu üstələnib
Al Jazeera · 22 oktyabr 2026, 21:48