Kişi voleybolçular arasında Super Liqanın 2026/2027 mövsümünə sabah start veriləcək
22 oktyabr 2026, 21:17 · Mənbə: Report.az

Kişi voleybolçuların Super Liqasında 2026/2027 mövsümünə oktyabrın 23-də start veriləcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Kişi voleybolçuların Super Liqasında 2026/2027 mövsümünə oktyabrın 23-də start veriləcək.
Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
İlk turun oyunları oktyabrın 23-24-də keçiriləcək.
Turun ilk günü Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində iki qarşılaşma baş tutacaq.
Saat 16:00-da "Azərreyl" və "Gənclər", 18:00-da isə "Murov Az Terminal" və "Ordu" komandaları qarşılaşacaqlar.
I turun son oyunu oktyabrın 24-də Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Saat 17:00-da "Xilasedici" və "Neftçi" komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, kişi voleybolçuların Super Liqasında oyunlar dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq.
İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşacaq komandalar pley-off mərhələsində iştirak hüququ qazanacaqlar.
Oxşar xəbərlər

Dünya
American Airlines yanacaq xərclərinin artımı səbəbindən zərərin yüksələcəyini gözləyir
Anadolu Agency · 22 oktyabr 2026, 22:17
Dünya
Türkiyə Kanada ilə müdafiə razılaşması bağlayıb, əlaqələri gücləndirib
Anadolu Agency · 22 oktyabr 2026, 22:17

Dünya
Vladimir Zelenski Finlandiyanın peyk imkanlarından daha aktiv istifadə barədə razılıq əldə etdi
Ukrainskaya Pravda · 22 oktyabr 2026, 22:18