TopXəbər

Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur

22 oktyabr 2026, 22:17 · Mənbə: Report.az

Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla arasında şəxsi ədavətin olmadığını və Vaşinqtonla münasibətlərdəki gərginliyin şəxsi məsələlərlə bağlı olmadığını bildirib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla arasında şəxsi ədavətin olmadığını və Vaşinqtonla münasibətlərdəki gərginliyin şəxsi məsələlərlə bağlı olmadığını bildirib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Zelenski bunu oktyabrın 22-də Kiyevdə keçirilən mətbuat konfransında deyib.

"ABŞ-la münasibətlərdəki gərginlik Trampla şəxsi münasibətlərimizlə bağlı deyil. Söhbət Rusiyaya qarşı sanksiyaların ləğvindən gedir ki, bu da Vladimir Putini gücləndirə bilər. Putinə münasibətim tamamilə aydındır. Hesab edirəm ki, sanksiyaları ləğv etsək, onu daha da gücləndirəcəyik. Bu, mənimlə Prezident Tramp arasında şəxsi məsələ deyil. Təbii ki, sanksiyaların hər hansı formada ləğvinə qarşıyam", – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti həmçinin bu həftənin cümə günü ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffdan Rusiyada apardığı danışıqlar barədə məlumat gözlədiyini açıqlayıb:

"Sabah Uitkoffla birgə brifinq keçiriləcək. Düşünürəm ki, komandalarımızın amerikalı və avropalı tərəfdaşlarla yaxşı məsləhətləşmələri olacaq".

Brifinq zamanı Uitkofun Rusiyada apardığı danışıqların nəticələri barədə Ukrayna tərəfinə məlumat verəcəyi gözlənilir.

Dünya

Finlandiya Ukraynaya 5 milyon avro enerji dəstəyi ayırır

Ukrainskaya Pravda · 22 oktyabr 2026, 22:48