Kəmaləddin Heydərov və FHN əməkdaşları Zəfər abidəsini ziyarət ediblər
27 sentyabr 2026, 14:16 · Mənbə: Report.az

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, onun müavinləri və nazirliyin rəhbər şəxsləri Bakıda yerləşən Zəfər abidəsini ziyarət ediblər.
"Report" xəbər verir ki, əməkdaşlar abidənin önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini anıblar.
Fotoqalereya
1 / 4Kəmaləddin Heydərov və FHN əməkdaşları Zəfər abidəsini ziyarət ediblər
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Oxşar xəbərlər


Siyasət
Populist Çexiya Baş Naziri Babiş Senat seçkilərində üzülüb
Deutsche Welle · 18 oktyabr 2026, 11:17

Siyasət
Qırğızıstan parlamentində TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək
Report.az · 18 oktyabr 2026, 10:46
