JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
22 oktyabr 2026, 21:47 · Mənbə: Report.az

İsrail hərbçiləri ABŞ-nin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanına Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatına qarşı hərbi əməliyyatına dəstək verə biləcək kəşfiyyat məlumatları ötürürlər.
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrail hərbçiləri ABŞ-nin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanına Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatına qarşı hərbi əməliyyatına dəstək verə biləcək kəşfiyyat məlumatları ötürürlər.
"Report" xəbər verir ki, bu barədə "The Jerusalem Post" (JP) məlumatlı mənbəyə istinadən yazıb.
"Cümə axşamı hərbi idarənin nümayəndəsi təsdiqləyib ki, İsrail Müdafiə Ordusundan əhəmiyyətli həcmdə kəşfiyyat məlumatları husilərə qarşı döyüş əməliyyatlarını dəstəkləmək üçün əvvəlki kimi Amerika tərəfi vasitəsilə Səudiyyə Ərəbistanına göndərilir", - nəşr bildirib.
JP-nin həmsöhbəti izah edib ki, bununla da İsrail rəhbərliyi gələcəkdə ona qarşı düşmənçilik hərəkətləri hazırlayan "İsrailin düşməninin döyüş potensialını sarsıdır". Bundan əlavə, İsrail tərəfi silahlı mübarizənin aparılması üsullarını və regional qarşıdurma zamanı istifadə olunan taktiki fəndləri təhlil edir.
Mənbə həmçinin qeyd edib ki, regionun digər dövlətləri Ər-Riyadın husilərə qarşı əməliyyatını diqqətlə izləyir, çünki "Ənsar Allah" kimi silahlı birləşmələrin onlara qarşı da istifadə olunma narahtlığı qabarıb.
Oxşar xəbərlər

Dünya
Kipr polisi Roman Abramoviçin maliyyə işlərini araşdırmağa başlayıb
Ukrainskaya Pravda · 22 oktyabr 2026, 21:48

Dünya
Moskva İsrail Baş Nazirinin Rusiyanı anti-semitizm kampaniyasında ittihamına təəccüblənir
TASS · 22 oktyabr 2026, 21:49

Dünya
Alimlər van Qoqun “Ulduzlu Gecə” əsərinin çəkildiyi vaxtı tapır
France 24 · 22 oktyabr 2026, 21:49

Dünya
Vladimir Putin dövlətin dəstəklədiyi teatrların sayını açıqlayıb
News.ru · 22 oktyabr 2026, 21:49