TopXəbər

Hörmüz boğazında tankerə hücum olub, yanğın baş verib

17 noyabr 2026, 03:17 · Mənbə: Report.az

Hörmüz boğazında tankerə hücum olub, yanğın baş verib

Xəsab şəhərindən 7 dəniz mili şimalda, Oman sahillərində Hörmüz boğazından keçən tankerə hücum edilib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Xəsab şəhərindən 7 dəniz mili şimalda, Oman sahillərində Hörmüz boğazından keçən tankerə hücum edilib.

"Report"un Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinə (UKMTO) istinadən məlumatına görə, hadisə barədə üçüncü tərəfdən bildirilib.

Hücum nəticəsində gəminin hərəkəti dayanıb və mühərrik otağında yanğın baş verib. Bütün heyət üzvləri təhlükəsizdir.

Gəmiyə vurulan ziyanın miqyası və ətraf mühitə dəyən mümkün ziyan hələ müəyyən edilməyib.

UKMTO gəmiləri ərazidən daha ehtiyatla keçməyə və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.

Hadisənin səbəbi araşdırılır.

Dünya

COP31-də iqlim sazişinin yeni layihəsi təqdim olunub

Report.az · 22 noyabr 2026, 10:46