Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək
27 sentyabr 2026, 15:14 · Mənbə: Report.az

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, səfər zamanı Türkiyə-BƏƏ münasibətləri, Körfəz regionundakı vəziyyət, Hörmüz və Bab-əl-Məndəb boğazlarında naviqasiya təhlükəsizliyi, eləcə də Qəzza və Yəmənlə bağlı regional məsələlər müzakirə olunacaq.
Görüşlərdə Türkiyənin BƏƏ ilə həmrəylik nümayiş etdirdiyi, münaqişələrin həllində kənar müdaxilələr əvəzinə, regional təşəbbüslərin gücləndirilməsinin vacibliyi vurğulanacaq.
Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinə keçid, humanitar vəziyyətin yaxşılaşdırılması və yenidənqurma işlərinə başlanması da müzakirə mövzuları arasında olacaq.
Oxşar xəbərlər


Dünya
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Report.az · 20 oktyabr 2026, 02:17

Dünya
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Report.az · 20 oktyabr 2026, 01:47

Dünya
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Report.az · 20 oktyabr 2026, 01:17