Gürcüstan və Qazaxıstan strateji tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə edib
23 oktyabr 2026, 18:47 · Mənbə: Report.az

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə Batumidə strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə Batumidə strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, Boçorişvili bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Qazaxıstanın xarici işlər nazirini Batumidə salamlamaqdan məmnunam. Biz strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Gürcüstanla Qazaxıstan arasında sıx əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanların axtarılması barədə məhsuldar müzakirə apardıq", - Boçorişvili bildirib.
Qeyd edək ki, danışıqlar Batumidə Gürcüstan və Mərkəzi Asiya ölkələrinin XİN rəhbərlərinin çoxtərəfli görüşü çərçivəsində baş tutub.
Oxşar xəbərlər
Dünya
Meqzikonun sahilində Vens qasırğası 1-ci kateqoriyaya güclənib
Anadolu Agency · 23 oktyabr 2026, 19:17
Dünya
Yunanıstan basketbol federasiyasının maliyyələşməsini dayandırıb
Anadolu Agency · 23 oktyabr 2026, 19:17

Dünya
Rusiya raketləri Kiyev, Xarkov və Lvivə necə tez çatır
Ukrainskaya Pravda · 23 oktyabr 2026, 19:18

Dünya
Estoniya XİN başçısı Avropanın təşkilatlanmış sabotaj və terror təhlükəsi ilə üzləşdiyini deyir
France 24 · 23 oktyabr 2026, 19:18