"Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
27 sentyabr 2026, 14:44 · Mənbə: Report.az

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub.
Bu barədə "Report"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Əsas yarış başa çatdıqdan dərhal sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb.
Yarışın keçdiyi bəzi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün 00:00-dan başa çatıb.
Saat 12:30-dan etibarən, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, yollarda hərəkət tam bərpa edilib.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-Prisi həftəsində şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılıb. Səhər və axşam saatlarında bir sıra əsas istiqamətlər üzrə tranzit dəhlizlər açıq saxlanılırdı ki, bu da şəhər sakinləri və sürücülərin hərəkət imkanlarını artırıb. 2026-cı ildə nəqliyyatın hərəkəti üçün imkanlar daha da genişlənib. İlk dəfə olaraq Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunub.
Oxşar xəbərlər

İdman
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
Report.az · 18 oktyabr 2026, 11:47

İdman
Gabbi Williams Valkiri komandasını WNBA finalının gərgin ilk oyununda qalib edib
Al Jazeera · 18 oktyabr 2026, 11:48

