EHF Avropa Kuboku: "Kür" komandası Mingəçevirdə Şimali Makedoniya klubu ilə qarşılaşacaq
13 noyabr 2026, 09:17 · Mənbə: Report.az

Qadınlardan ibarət "Kür" həndbol komandası bu gün EHF Avropa Kubokunda növbəti oyununu keçirəcək.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadınlardan ibarət "Kür" həndbol komandası bu gün EHF Avropa Kubokunda növbəti oyununu keçirəcək.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin III təsnifat mərhələsində Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, saat 17:00-da start götürəcək.
Tərəflər arasında cavab oyunu noyabrın 15-də eyni məkanda baş tutacaq. "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.
Oxşar xəbərlər

Dünya
Azərbaycan aqrar sahədə dayanıqlı inkişaf üçün 4 əsas istiqamət müəyyən edib
Report.az · 20 noyabr 2026, 12:17

Dünya
Hava həyəcanı səbəbindən Polşanın hava limanında təxliyə həyata keçirilib - Yenilənib
Report.az · 20 noyabr 2026, 11:47

Dünya
AKİA rəsmisi: "Müasir istixanalar üçün hər hektara 5 000 manat subsidiya veriləcək"
Report.az · 20 noyabr 2026, 10:47
