Çində tayfun yaxınlaşır, 900 mindən çox insan təxliyə olunub
Çində yaxınlaşan Bavi tayfunu səbəbindən paytaxt Pekin və digər ərazilərdən 900 mindən çox insan evlərini tərk edib. Tayfun Şimali Tayvan və Yaponiya cənub-qərb adalarını da təsir edib.
Çində 900 mindən çox insan evlərini tərk edib, rəsmi şəxslər bildirir. Tayfun Bavi şənbə günü Şimali Tayvan və Yaponiya cənub-qərb adalarında ağacları aşırıb və on minlərlə adamı işıqsız qoyub.
Bavi tayfununun bazar günü səhər Çin torpağına çatması gözlənilir. Paytaxt Pekin və şərqdə yerləşən Venzhou şəhər hakimiyyətləri ümumilikdə 900 mindən çox insanın evlərindən köçürüldüyünü açıqlayıb.
- Çin



