Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
9 noyabr 2026, 09:17 · Mənbə: Report.az

Çin "SatNet" sistemində 29-cu aşağı orbitli internet peykləri qrupunu uğurla orbitə çıxarıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin "SatNet" sistemində 29-cu aşağı orbitli internet peykləri qrupunu uğurla orbitə çıxarıb.
"Report"un "Xinhua" agentliyinə istinadən məlumatına görə, CZ-12 ("Long March"-12) Haynan adasındakı kommersiya buraxılış məntəqəsindən buraxılıb.
Peyklər təyin olunmuş orbitlərə çatdırılıb və buraxılışın uğurlu olduğu elan edilib.
CZ-12 təxminən 5 000 kilonyuton qaldırma gücünə malikdir. Uzunluğu 62 metrdir. Raket 700 km hündürlükdə günəş-sinxron orbitə azı 6 ton faydalı yük yerləşdirməyə qadirdir.
Çin meteoroloji, telekommunikasiya və naviqasiya peyklərinin yaradılması, eləcə də Ay, Mars və asteroidlərin tədqiqi üçün texnologiyaların inkişafı da daxil olmaqla, milli kosmik proqramının inkişafını fəal şəkildə davam etdirir.
Bundan əlavə, Çin kosmik stansiyası o cümlədən beynəlxalq əməkdaşlıq üçün nəzərdə tutulmuş aşağı Yer orbitində fəaliyyət göstərir.
Çin 2025-ci ildə 92 kosmik buraxılış həyata keçirərək yeni milli rekord müəyyənləşdirib.
Oxşar xəbərlər

Dünya
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
Report.az · 23 noyabr 2026, 10:47

Dünya
Tatarıstanda neft obyektləri Ukrayna dronlarının hücumuna məruz qalıb
Report.az · 23 noyabr 2026, 09:47

Dünya
Valeri Çeçelaşvili: Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
Report.az · 23 noyabr 2026, 08:47

Dünya
Meksikada narkokartellər mikromaliyyə təşkilatlarına nəzarəti ələ keçirir
Report.az · 23 noyabr 2026, 08:17