Çin gələn il təkrar istifadə edilə bilən kosmik aparatı sınaqdan keçirəcək
30 oktyabr 2026, 08:46 · Mənbə: Report.az

Çinin "CAS Space" aerokosmik şirkəti təkrar istifadə edilə bilən "Lihong 2" kosmik aparatının ilk uçuş sınağını 2027-ci ilin birinci rübündə keçirməyi planlaşdırır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Çinin "CAS Space" aerokosmik şirkəti təkrar istifadə edilə bilən "Lihong 2" kosmik aparatının ilk uçuş sınağını 2027-ci ilin birinci rübündə keçirməyi planlaşdırır.
"Report"un "China Daily"yə istinadən məlumatına görə, bu barədə "CAS Space"in "Frontier Labs" bölməsinin icraçı vitse-prezidenti Van İnçen bildirib.
"Biz kosmik aparatın təxminən 100 km yüksəklikdən qayıtmaq və Yerə təhlükəsiz eniş etmək qabiliyyətini sınaqdan keçirmək üçün ilk uçuşu 2027-ci ilin birinci rübündə həyata keçirməyi planlaşdırırıq", - o bildirib.
Quançjouda yerləşən və Çin Elmlər Akademiyasının dəstəyi ilə qurulan "CAS Space" şirkəti "Lihong 2"ni müstəqil hazırlayır.
Təxminən 18 metr uzunluğu və 3,35 metr diametri olan kosmik aparat buraxılış vasitəsi və faydalı yük modulundan ibarətdir. Onun buraxılış kütləsi təxminən 60 tondur.
V.İnçenin sözlərinə görə, kosmik aparatın layihələşdirilməsi artıq başa çatıb və prototipin yerüstü sınaqları uğurla davam edir.
Uçuş zamanı "Lihong 2"nin kosmik təcrübələr üçün istifadə edilməsi planlaşdırılır. O, xüsusən tibbi ləvazimatlar və robot avadanlıqları da daxil olmaqla müxtəlif növ faydalı yüklər çatdıra biləcək.
Oxşar xəbərlər

Dünya
"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandası ilə matçda maksimum güc sərf etdik"
Report.az · 15 noyabr 2026, 19:47

Dünya
İslami: İran yaxın vaxtlarda ilk yerli nüvə-istilik qurğusunu işə salacaq
Report.az · 15 noyabr 2026, 19:47

Dünya
Türkiyədə PUA əleyhinə EJDERHA sistemi uğurla sınaqdan keçirilib
Report.az · 15 noyabr 2026, 19:17

Dünya
"Kür" həndbol komandası EHF Avropa Kubokunda mübarizəni dayandırıb
Report.az · 15 noyabr 2026, 18:47