Brüsseldə aksiya: Biz itkin düşmüş azərbaycanlıların taleyi barədə həqiqəti bilmək istəyirik
21 oktyabr 2026, 18:18 · Mənbə: Report.az

Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin ailələri Brüsseldə, Avropa İttifaqının (Aİ) əsas institutlarının - Avropa Komissiyası, Aİ Şurası və Avropa Xarici Fəaliyyət Xidmətinin yerləşdiyi Şuman meydanında dinc aksiya keçiriblər.
Yeniliklərdən dərhal xəbərdar olun!
Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin ailələri Brüsseldə, Avropa İttifaqının (Aİ) əsas institutlarının - Avropa Komissiyası, Aİ Şurası və Avropa Xarici Fəaliyyət Xidmətinin yerləşdiyi Şuman meydanında dinc aksiya keçiriblər.
"Report"un Avropa bürosu xəbər verir ki, aksiyanı "Qarabağ İtkin Ailələri" İctimai Birliyi təşkil edib.
Aksiya iştirakçılarının – 30 ildən çox əvvəl itkin düşmüş şəxslərin ailə üzvlərinin əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini öz doğmalarının və yaxınlarının taleyinə cəlb etməkdir.
Matəm musiqisi və zəng səsləri altında 4 mindən çox itkin düşmüş şəxsdən birinin adından müraciət oxunub: "Mən rəqəm deyiləm, mənim adım var, mən kiminsə oğlu və ya kiminsə qızıyam. Mənim naməlum qalmağıma imkan verməyin".
Velosipedlə oradan keçən yaşlı bir kişi aksiya ilə maraqlanıb: "Siz hansı ölkədənsiniz və burada nə baş verir?"
Fotoqalereya
1 / 4Brüsseldə aksiya: Biz itkin düşmüş azərbaycanlıların taleyi barədə həqiqəti bilmək istəyirik
Aksiya iştirakçılarından məlumat aldıqdan sonra o, təəccüblə qeyd edib ki, heç kim heç vaxt Azərbaycan haqqında danışmır. Mən bu barədə heç vaxt eşitməmişəm!"
Təşkilatçılar, həmçinin itkin düşmüş şəxslərin fotoşəkilləri və onların adından yazılmış simvolik məktublardan ibarət instalyasiya təqdim ediblər. Küləkdə dalğalanan geyimlər itkin düşənlərdən geriyə qalan əşyaları simvolizə edib.
Belçikalı iki rəfiqə - Qrit və Mari geyimlərin simvolik məna daşıdığını öyrəndikdən sonra aksiya iştirakçılarına öz həmrəyliklərini ifadə ediblər.
"Bu qədər ildən sonra hələ də ümid edirsiniz?" - Qrit soruşub.
"Biz onların taleyi barədə həqiqəti bilmək istəyirik", - itkin düşmüş şəxslərdən birinin həyat yoldaşı cavab verib.
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsinə baxmayaraq, 1990-cı illərin əvvəllərində itkin düşənlərin taleyi hələ də aydınlaşdırılmamış qalır. İtkin düşənlərin siyahısında hələ də 4010 nəfər, o cümlədən 71 uşaq, 288 qadın və 398 qoca yer alır.
Oxşar xəbərlər

Dünya
Kreml Çinin Rusya, ABŞ və Çin arasında üçtərəfli sammit hazırlığını başladığını açıqlayıb
Ukrainskaya Pravda · 21 oktyabr 2026, 18:47


Dünya
Podqoritsa çernoqoriyalıların Ukraynaya qarşı döyüşməsini xəbərsiz qalır
Ukrainskaya Pravda · 21 oktyabr 2026, 18:48

Dünya
Fransa ərəblisi “Pain au Chocolat”un şirin tarixini açıqlayır
France 24 · 21 oktyabr 2026, 18:48